"Bakı Elektron Ticarət Forumu" çərçivəsində "master class" keçirilib

"Bakı Elektron Ticarət Forumu" çərçivəsində "master class" keçirilib
# 22 oktyabr 2019 16:16 (UTC +04:00)

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” bu gün İnnovasiyalar Agentliyində davam edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Nazirliyinin, BMT-nin İnkişaf Proqramının və Avropa Birliyinin təşkilatçılığı ilə baş tutan forumun ikinci günündə iştirakçılara e-ticarətdə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların mühafizəsi, bazar davranışı və tendensiyaları mövzularında “Mmaster class” keçirilib.

“Master class”ın məqsəd e-ticarətlə məşğul olanlar və bu işə yeni başlayanlar üçün ekspert təlimləri keçmək və onları maarifləndirməkdir.

Təlimçi heyətinə biznes analitikası üzrə mütəxəssislər – Kəramət Hacıyev, Rəşad İbrahimov, Vüqar Cəfərov, kibertəhlükəsizlik, vergi və hüquq üzrə mütəxəssis Fərid İsayev daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR