Bakı hava limanı adi rejimdə fəaliyyət göstərir

Bakı hava limanı adi rejimdə fəaliyyət göstərir
# 11 yanvar 2023 09:31 (UTC +04:00)

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir, Bakı hava limanında uçuşlar cədvələ uyğun olaraq həyata keçirilir.

"APA-Economics"in verdiyi xəbərə görə, hava limanında uçuş-enmə zolaqlarının, sükanlama yollarının və təyyarələrin buzlanmaya qarşı maye ilə təmizlənməsi üçün mütəmadi olaraq bütün zəruri işlər aparılır.

Hava gəmilərinə və sərnişinlərə xidmət də qrafik üzrə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR