Bakı-Horadiz qatarı 70 dəqiqə ləngiyib

Bakı-Horadiz qatarı 70 dəqiqə ləngiyib
# 12 sentyabr 2019 09:32 (UTC +04:00)

Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı 1 saat 10 dəqiqə ləngiyib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb. Nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb. Hazırda nasazlığın səbəbləri araşdırılır.

Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR