Bakı-İstanbul marşrutu üzrə təxirə salınan üç reysin sərnişinləri yola düşüb

Bakı-İstanbul marşrutu üzrə təxirə salınan üç reysin sərnişinləri yola düşüb
# 26 yanvar 2022 17:12 (UTC +04:00)

Bakı-İstanbul marşrutu üzrə təxirə salınan hər üç reysin sərnişinləri təyinat hava limanına “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ən böyük geniş füzelyajlı təyyarəsi olan "Airbus A340" ilə yola düşüblər.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, şirkətin İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri eyni təyyarə ilə Bakıya qayıdacaqlar.

Xatırladaq ki, güclü qar yağması səbəbindən İstanbul hava limanı fəaliyyətini dayandırıb, AZAL-ın bir neçə reysi gecikib və təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR