Bakı Limanı bu il ən azı 7 mln. ton yük aşıracaq

Bakı Limanı bu il ən azı 7 mln. ton yük aşıracaq
# 02 fevral 2023 11:13 (UTC +04:00)

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” ötən il 6 mln. 314 min yük aşırıb, bu da illik müqayisədə 13,6% artım deməkdir.

Bunu “APA-Economics”ə müsahibəsində Bakı Limanının Strateji Planlama və İnkişaf Departamentinin müdiri Xudayar Həsənli bildirib.

“Bakı Limanı 2022-ci ildə müxtəlif göstəricilər üzrə artım nümayiş etdirib. Ümumi yükaşırma göstəricimiz 13,6% artaraq, 2021-ci ilin göstəricisi ilə müqayisədə 5 mln. 550 min tondan 6 mln. 314 min tona qədər yüksəlib”, - Xudayar Həsənli qeyd edib.

Onun sözlərinə görə, hesabat dövründə, liman tərəfində 51 514 təkərli nəqliyyat vasitəsi aşırılıb, bununla da 30,6% artım müşahidə edilib. Təkərli nəqliyyat vasitələri sırasına minik vasitələri, TIR-lar (iri yük avtomobilləri - red.), qoşqular və sair texnika daxildir.

“Eyni zamanda, hesabat dövründə 16%-dən çox konteynerlərin aşırılmasında artım müşahidə olunub. Belə ki, 2022-ci ildə Liman 52 276 TEU (20 fut ekvivalentində) konteyner aşırıb, bu da indiyədək əldə etdiyimiz ən yüksək göstəricidir”, - Department müdiri bildirib.

O əlavə edib ki, bu il Bakı Limanı tərəfindən ən azı 7 mln. ton yükün aşırılması proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR