Bakı limanı ilə daşınan yüklərin 90%-i tranzit yüklərin payına düşür

Bakı limanı ilə daşınan yüklərin 90%-i tranzit yüklərin payına düşür
# 14 noyabr 2022 12:11 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 5 mln. 356 min ton yük aşırıb, bu da illik müqayisədə 14% artım deməkdir.

"APA-Economics"in verdiyi məlumata görə, bu barədə jurnalistlərə limanın mətbuat katibi Elmar Həbibli bildirib.

Onun sözlərinə görə, liman tərəfindən aşırılan yüklərin 90%-i tranzit yüklərin payına düşür.

Elmar Həbibli onu da qeyd etdi ki, hesabat dövründə liman vasitəsi ilə 44 mindən çox konteyner aşırılıb ki, bu da 28% artım deməkdir. O əlavə etdi ki, hesabat dövründə liman tərəfindən 41 mindən çox təkərli texnika aşırılıb, bu da illik müqayisədə 31,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR