Bakı Limanının baş direktoru: Gələcək 10 ildə Orta dəhliz Şərqlə Qərbi birləşdirən əsas dəhlizə çevrilə bilər

Bakı Limanının baş direktoru: Gələcək 10 ildə Orta dəhliz Şərqlə Qərbi birləşdirən əsas dəhlizə çevrilə bilər
# 02 dekabr 2022 13:20 (UTC +04:00)

Gələcək 10 ildə Orta dəhliz Şərqlə Qərbi birləşdirən əsas dəhlizə çevrilə bilər.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Limanının baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlerinə görə, gələcəkdə Orta dəhliz tam dayanıqlı və "yaşıl dəhliz" olmalıdır.

Taleh Ziyadov onu da əlavə edib ki, Çin və Avropa İttifaqı gələcəkdə xüsusən belə "yaşıl dəhliz"ə əhəmiyyət verəcək və buna görə də Orta dəhliz ən vacib dəhlizlərin biri olacaq.

"Mən deyərdim ki, bəlkə də növbəti 10 ildə əsas dəhlizə çevriləcək. Biz istəyirik ki, bu dəhliz "yaşıl dəhliz " olsun, elektron dəhliz olsun və bütün qonşu ölkələri birləşdirsin", - Taleh Ziyadov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR