Bakı limanının ikinci fazasının texniki-iqtisadi əsaslandırılması hazırlanır

Bakı limanının ikinci fazasının texniki-iqtisadi əsaslandırılması hazırlanır
# 14 noyabr 2022 13:45 (UTC +04:00)

Dünyada baş verən geosiyasi proseslər fonunda Azərbaycandan keçən Orta dəhliz Şərq və Qərb üçün önəmlidir.

"APA-Economics" xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın Strateji Planlama və İnkişaf Departamentinin müdiri Xudayar Həsənli jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə potensialı nəzərə alaraq Bakı limanının ikinci mərhələsinin tikintisi qərara alınıb.

Xudayar Həsənli onu da əlavə edib ki, hazırda limanın ikinci fazasının texniki-iqtisadi əsaslandırılması hazırlanır.

İlkin planlara əsasən, ikinci faza çərçivəsinda limanın ümumi yükaşırma gücünü 15 mln. tondan 25 mln. tona və 100 min TEU-dan 500 min TEU konteynerədək artırmaq planlaşdırılır.

Xudayar Həsənli onu da əlavə edib ki, ikinci faza çərçivəsində hansı işlərin aparılacağı barədə ancaq texniki-iqtisadi əsaslandırılma hazır olduqdan sonra danışmaq mümkün olacaq.

Departament rəhbəri onu da vurğulayıb ki, sənəd bu ilin sonunda gələn ilin əvvəlində hazır olacaq.

Xudayar Həsənlinin sözlərinə görə, əsas məqsədlərdən biri Türkiyədən şərqə gedib-gələn yük maşınlarının 50 faizini bizim istiqamətə cəlb etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR