Bakı Limanının ikinci fazasının texniki-iqtisadi əsaslandırması gələn il hazır olacaq

Bakı Limanının ikinci fazasının texniki-iqtisadi əsaslandırması gələn il hazır olacaq
# 02 dekabr 2022 14:09 (UTC +04:00)

Bakı Limanının ikinci fazasının texniki-iqtisadi əsaslandırması gələn ilin ortasında hazır olacaq.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Limanının baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ikinci faza çərçivəsində limanın ümumi yükaşırma gücünü 15 mln. tondan 25 mln. tona və 100 min TEU-dan təqribən 500 min TEU konteynerədək artırmaq planlaşdırılır.

Taleh Ziyadov onu da qeyd edib ki, sənədi birinci faza üzrə işləri aparan Niderland şirkəti hazırlayır.

Limanın konteyner aşırma qabiliyyətinin artırılması Orta dəhlizə daha çox yüklərin cəlb edilməsinə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR