Bakı-London reysinin uçuş cədvəlində dəyişiklik edilib

Bakı-London reysinin uçuş cədvəlində dəyişiklik edilib
# 16 iyul 2022 15:11 (UTC +04:00)

Londonun Hitrou (LHR) hava limanı tərəfindən qoyulan məhdudiyyətlərlə əlaqədar AZAL aviaşirkətinin Bakı-London-Bakı reysinin iyulun 19-na olan uçuş cədvəlində dəyişiklik edilib.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, Bakıdan Londona uçuş saat 11:55-də, London-Bakı marşrutu üzrə uçuş isə saat 15:55-də (yerli vaxtla) həyata keçiriləcək.

Sözügedən reysin sərnişinləri əlavə suallarla bağlı aviaşirkətin [email protected] ünvanına müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR