“Bakı Metropoliteni” altı yeni ventilyator alıb - FOTO

“Bakı Metropoliteni” altı yeni ventilyator alıb - FOTO
# 02 sentyabr 2022 11:08 (UTC +04:00)

2022-ci ildə alınması nəzərdə tutulmuş 6 yeni güclü ventilyator Bakı metropoliteninə gətirilib.

“Bakı Metropoliteni” QSC-dən "APA-Economics"ə verilən məlumata görə, avadanlıq Rusiyanın “Ventprom” maşınqayırma zavodunun məhsuludur.

Təyinatına görə alınmış 6 ventilyatordan 4-ü 75 kVt gücə malik olmaqla “VOM 24-R” tiplidir. “VOM 20” tipli digər 2 ventilyatorun isə 55 kVt gücü var. Qurğular stansiya və yaxın tunelləri havalandıracaq.

Əvvəlki ventilyatorlarla müqayisədə, yeni qurğular daha güclü və məhsuldardır, stansiya və tunelləri 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edəcək. Mühüm yeniliklər sırasında idarəetmə sistemləri xüsusi yer tutur. Mərkəzləşmiş qaydada aparılacaq idarəetmə istənilən an dispetçerinə ventilyatorun iş rejimini, sürətini tənzimləməyə imkan verəcək. Həmin məqsədlə fiberoptik kabelləşmədən və müasir texnoloji idarəetmə şkaflarından istifadə olunacaq. Bu, Bakının dəyişkən iqlimi şəraitində hətta mövsümi qrafikə də lazımi dəyişikliklərin edilməsinə şərait yaradır.

Yeni ventilyatorların əsas vəzifəsi yanğın təhlükəsizliyidir. Fövqəladə hallarda bu ventilyatorlar rejimdən rejimə daha sürətli və çevik keçirilir.

Avadanlığın quraşdırılması istqamətində tədbirlərə də başlanılıb. Hazırda “Əhmədli-Həzi Aslanov” mənzili və “Xətai” stansiyasının şaxtalarında köhnə ventilyator sökülərək hissələrlə çıxarılır. Bu proses tamamlandıqdan sonra yeni ventilyatorların quraşdırılması üçün müvafiq şaxtada normativlərə uyğun təmir işləri aparılacaq. Bu sırada yeni süni havalandırma qurğularının texniki parametrlərinə uyğun özül meydançası inşa olunacaq. Son mərhələdə yeni ventilyator və onun mərkəzləşmiş idarəetmə sistemləri quraşdırılacaq.

Metropolitendə təbii havalandırma ilə bağlı planlı layihələr də icra olunur. Ventilyatorlarla yanaşı təbii havalandırmada xüsusi çəkiyə malik dempferlərin quraşdırılması prosesi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR