Bakı metropoliteni: “B-4” stansiyasının tikintisində armaturların 10-15%-i Rusiya istehsallıdır

Bakı metropoliteni: “B-4” stansiyasının tikintisində armaturların 10-15%-i Rusiya istehsallıdır
# 27 yanvar 2023 18:01 (UTC +04:00)

Fransanın “Systra” şirkətinin layihələndirdiyi "Bakı Metropoliteni" QSC-nin bənövşəyi xəttinin “B-4” stansiyanın inşaat işləri əsasən yerli tikinti materialları hesabına aparılır.

Bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti departamentinin rəisi Məzahir Nəbiyev “APA-Economics”ə açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, tikinti işləri zamanı lazım olan yalnız 40 mm-lik armaturlar Rusiyadan idxal edilib.

“Bundan əvvəlki stansiyalarda (Avtovağzal, Dərnəgül) maksimum 32 mm-lik armaturlardan istifadə olunub. Amma burada dərinlik və betonun qalınlığı çox olduğu (32 metr) üçün, konstruksiyanın möhkəmliyini, davamlılığını artırmaq üçün 40 mm-lik armaturlardan istifadə olunub. Ölkəmizdə bu ölçüdə armatur istehsal olunmadığı üçün məcburiyyətdən Rusiyadan idxal etmişik. Bu da ümumi tikinti zamanı lazım olan armaturların 10-15%-i edir. Qalan bütün materiallar ölkəmizdə istehsal olunan tikinti materiallarıdır. Tamamlanma işlərində isə istifadə olunacaq mərmər və qranit xarici istehsal olacaq. Hansı ölkədən gətirilməsi isə keçiriləcək tender nəticəsində bəlli olacaq”, - deyə Məzahir Nəbiyev vurğulayıb.

Tikinti departamentinin rəisi “B-4” stansiyanın digər metrostansiyanın digər stansiylardan fərqli cəhətlərini də deyib: “Yarımstansiya, havalandırma sistemi metropolitenin daxilində nəzərdə tutulub. Əvvəlki stansiyalarda isə bu belə deyildi”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR