Bakı metropolitenində 4 yeni qatar istismara veriləcək

Bakı metropolitenində 4 yeni qatar istismara veriləcək
# 13 sentyabr 2022 10:32 (UTC +04:00)

Bu ilin sonunadək Bakı metropolitenində 4 yeni qatarın istismara veriləcəyi gözlənilir.

"APA-Economics" xəbər verir ki, bunu "Bakı metropoliteni" QSC-nin metronun 55 illiyi ilə bağlı keçirdiyi brifinqdə çıxış edərkən qurumun sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, son iki il ərzində müəssisə tərəfindən 8 qatar istismara verilib ki, bununla da yeni qatarların ümumi sayı 95-ə çatdırılıb.

"Qısa zamanda 4 yeni qatarın istifadəyə verilməsi nəzərdə tutulur" - deyə, Hidayət Məmmədov qeyd edib.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin 3 il ərzində Bakı metropoliteni üçün istehsal etməli olduğu 60 vaqondan 40-ı artıq istismardadır.

Qurumun depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov əlavə edib ki, sentyabr ayı ərzində 10 vaqonun, oktyabr ayında isə əlavə olaraq daha 10 vaqonun gətirilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR