Bu il üçün gətirilməsi nəzərdə tutulan 2 yeni qatar artıq "Bakı Metropoliteni"nin deposundadır.
"APA-Economics" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bununla da Bakı metropolitenində yeni qatarların sayı 23, vaqonların sayı 115 ədəd olub. Qatarlar sazlama və sınaq işlərindən sonra ilin sonunadək xəttə buraxılacaq.