Bakı metrosu daha dörd yeni qatar alacaq

Bakı metrosu daha dörd yeni qatar alacaq
# 02 iyul 2019 12:50 (UTC +04:00)

Yaxın bir ay ərzində “Bakı Metropoliteni” QSC hər biri beş vaqondan ibarət olan daha iki yeni qatarı Bakıya gətirəcək.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu ilin sentyabr ayında isə digər iki yeni qatar gətiriləcək.

"Qatarlar tənzimləmə və sazlama işlərinin tamamlanmasından sonra xəttə buraxılacaq", - deyə B. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR