Bakı metrosunda daşınan kimyəvi maddələr ani alışmaya səbəb olub - YENİLƏNİB

Bakı metrosunda daşınan kimyəvi maddələr ani alışmaya səbəb olub - YENİLƏNİB
# 31 mart 2023 16:45 (UTC +04:00)

“Bakı metropoliteni” QSC-nin "Gənclik" stansiyasında kimyəvi məhsul dağılması ilə bağlı hadisənin təfərrüatı bəlli olub.

APA-Economics” “Bakı metropoliteni” QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, metropoliten daxilinə buraxılmasına məhdudiyyət olmayan kimyəvi təmizləyici maddə toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girib.

“Nəticədə ani alışma baş verib. Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir”, - deyə məlumatda bildirilir.

15.33

"Gənclik" stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.

APA-Economics” xəbər verir ki, “Bakı metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

“Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib. Xlor maddəsi quru halda paketdə olub”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR