Bakı Metrosunda intervalın azaldılmamasının səbəbi açıqlanıb

Bakı Metrosunda intervalın azaldılmamasının səbəbi açıqlanıb
# 30 dekabr 2022 12:54 (UTC +04:00)

"Metroda intervalın azaldılması birbaşa tikinti işləri ilə bağlı məsələlərə söykənir".

Bunu APA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, dünya metropoliten sistemində əzəldən qəbul olunmuş qaydaya görə, hər bir xətt müstəqil qaydada fəaliyyət göstərməlidir: “Lakin Bakı metropoliteninin ən böyük problemi odur ki, ən çox yüklənən yaşıl və qırmızı xətt 28 May stansiyasında birləşir”.

Bəxtiyar Məmmədov xətlərin ayrılması layihəsi tam həllini tapmayınca intervalın aşağı salınmasının qeyri-mümkün olduğunu diqqətə çatdırıb: “Bu vaxta qədər Nizami-Dərnəgül və Sahil-İçərişəhər istiqamətində sərnişinlər 4 dəqiqədən az interval görməyiblər. Bizim yetərli sayda qatarımız var. Lakin intervalın azaldılması sırf texniki məsələlərlə əlaqədar hələlik mümkün deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR