Bakı metrosunda sərnişin axını artıb

Bakı metrosunda sərnişin axını artıb
# 01 iyun 2022 16:22 (UTC +04:00)

26-29 may tarixlərində sərnişinlərin metropolitendən istifadəsində artım müşahidə olunub.

“Bakı metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, artım əsasən “Teknofest Azərbaycan”, bayram və istirahət günləri olan 28 və 29 may tarixlərində qeydə alınıb.

Hər festival günü ərzində orta statistik hesablamalara əsasən, əvvəlki həftənin eyni günləri ilə müqayisədə, 45-50 min artıq sərnişin yeraltı ictimai nəqliyyatdan istifadə edib. Bunun 50%-dən çoxu məhz xüsusi gücləndirilmiş iş rejimində çalışan 3 stansiyanın (“28 May”, “Sahil” və “İçərişəhər”) payına düşüb.
May ayında 18,1 milyondan çox, ayın bütün günləri nəzərə alınmaqla isə, hər gün orta hesabla 584,4 min sərnişin metropolitenin xidmətindən istifadə edib.

Bildirilir ki, rəsmi istirahət elan edilən bayram günləri olmayan aprel ayında yeraltı ictimai sərnişin nəqliyyatının daşıma xidmətinə müraciət edənlərin ümumi sayı 17,44 mln. sərnişin təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR