Baki metrosunda yeni növ təmassız ödəniş üsulları tətbiq olunacaq

Baki metrosunda yeni növ təmassız ödəniş üsulları tətbiq olunacaq
# 13 sentyabr 2022 11:10 (UTC +04:00)

Baki metrosunda yeni növ təmassız ödəniş üsulları tətbiq olunacaq.

"APA-Economics" xəbər verir ki, bunu "Bakı metropoliteni" QSC-nin işarəetmə və rabitə xidmətinin rəisi Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə müvafıq test işləri aparılıb, QR kod və bank kartları vasitəsilə turniketlərdə keçid yoxlanılıb.

"Bu işlər artıq test olunub və müsbət nəticələr əldə olunub. Rəsmi qərar çıxanda bu sistem artıq tətbiq olunacaq" - deyə, Elçin Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR