Bakı metrosunda daha bir stansiyanın tikintisi tamamlanmaq üzrədir

Bakı metrosunda daha bir stansiyanın tikintisi tamamlanmaq üzrədir
# 12 sentyabr 2019 12:35 (UTC +04:00)

Şərti adı “B3” olan metro stansiyasının tikintisi tamamlanmaq üzrədir.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, stansiyanın açılışı bu ilə nəzərdə tutulmur.

"İstər geoloji, istərsə də təbii səbəblərdən yaranan ləngimələr tikintidə yubanmalara gətirib çıxarır. Hazırda tamamlanma işləri aparılır. Stansiyanın üst hissəsində yol hərəkəti zolaqlarında da tamamlanma işləri gedir", - deyə H. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR