Bakı metrosunun sərnişin daşımalarından gəlirləri 40%-dən çox artıb

Bakı metrosunun sərnişin daşımalarından gəlirləri 40%-dən çox artıb
# 06 iyun 2023 11:55 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə sərnişin daşımalarından əldə olunan gəlir 18 639 min manat olub, bu da illik müqayisədə 40,6% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 13 255,7 min manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Bakı metropoliteni tərəfindən 52 678,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 15,4% çoxdur.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR