Bakı-Naxçıvan təyyarəsi tufan səbəbilə geri qayıdıb

Bakı-Naxçıvan təyyarəsi tufan səbəbilə geri qayıdıb
# 16 may 2022 09:21 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-dən “APA-Economics”ə verilən məlumata görə, təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR