Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıdıb - VİDEO

Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıdıb - VİDEO
# 06 may 2022 19:11 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə APA-ya "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

“Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR