Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçuşla bağlı güzəştlər azaldılıb

Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə  uçuşla bağlı güzəştlər azaldılıb
# 06 iyun 2022 19:47 (UTC +04:00)

Nazirlər Kabineti "Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edib.

APA-nın xəbərinə görə, indiyə qədər qüvvədə olan qərara əsasən, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan- Bakı hava xətti ilə uçan Azərbaycan Respublikasının vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasının vətəndaşlığı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərə) təsdiq olunmuş uçuş tarifi üzrə 20 manat (aeroportda hava gəmisinə xidmət xərcləri və digər əlavə xərclər nəzərə alınmaqla) məbləğində güzəşt edilib.

Dəyişikliyə əsasən, bu güzəşt 20 manatdan 10 manata endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR