Bakı-Quba yolunda yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri sökülür

Bakı-Quba yolunda yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri sökülür
# 05 iyul 2022 12:22 (UTC +04:00)

“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-110 km hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin söküntüsü aparılır”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən xəbərdə bildirilib ki, bununla əlaqədar olaraq sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur:

“Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR