Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti dayandırılıb

Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti dayandırılıb
# 19 noyabr 2019 09:03 (UTC +04:00)

Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılıb.

“Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur”, - deyə QSC-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR