Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq
# 23 aprel 2022 12:19 (UTC +04:00)

Aprelin 24-ü saat 05:00-dan, 06:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics"ə daxil olan məlumata görə, sözügedən ərazidə yerüstü piyada keçidinin üst konstruksiyası quraşdırılıracaq.

Bununla əlaqədar sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən saatlarda sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR