Nərimanov rayonunda məişət tullantılarının növbəti kompozisiyasının araşdırılmasına başlanılıb

Nərimanov rayonunda məişət tullantılarının növbəti kompozisiyasının araşdırılmasına başlanılıb
  • Clock-gray 11:07
  • calendar-gray 02 Oktyabr 2019

Bakı Şəhəri İcra Hakimiyyətinin Kommunal Xidmətlər Departamenti ilə Böyük Britaniyanın “Mott MacDonald” şirkəti arasında bağlanan müqaviləyə əsasən, paytaxtın Nərimanov rayonunda məişət tullantılarının növbəti kompozisiyasının araşdırması işlərinə başlanılıb.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri İcra Hakimiyyətinin Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin Kommunal Xidmətlər müəssisəsinin direktoru İlqar Hüseynov deyib.

Onun sözlərinə görə, artıq Nərimanov rayonunda layihəyə başlanılıb və tədricən məişət tullantılarının çeşidlənmiş forması tonnajlı qaydada artması davam edəcək.

"Bu gün bizim tullantıların kompozisiya araşdırılmasında məqsədimiz çeşidlənmiş məişət tullantılarının tərkibini bəlli etməkdən ibarətdir. Gələn ilin aprel ayında eyni qaydada pilot layihənin icrası nəzərdə tutulur", - deyə İ. Hüseynov qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda Nərimanov rayonu ərazisində çeşidlənmiş tullantıların gündəlik həcmi 27 tona çatıb: "Əhalinin bu işdə bizə kömək etməsi gələcəkdə çeşidlənmiş məişət tullantılarının tonnajının artımına səbəb olacaq. Hazırda Nərimanov rayonunun əhalisinin təxminən 70%-i bizə bu işdə dəstək olur".

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date