Bakı-Soçi-Bakı aviareyslərinə start verilir

Bakı-Soçi-Bakı aviareyslərinə start verilir
# 02 fevral 2023 15:04 (UTC +04:00)

AZAL QSC-nin tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti yeni Bakı-Soçi-Bakı marşrutu üzrə aviabiletlərin satışını elan edib.

APA-Economics” AZAL QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, Soçi Rusiyanın Qara dəniz sahilində yerləşən məşhur kurortdur.

Qara dəniz sahilinə uçuşlar martın 18-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə) əldə etmək mümkündür. Həmçinin, aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR