Bakı-Sumqayıt qatarları qeyri-iş günlərinin qrafiki ilə işləyəcək  

Bakı-Sumqayıt qatarları qeyri-iş günlərinin qrafiki ilə işləyəcək  
# 30 dekabr 2021 17:48 (UTC +04:00)

Bayram günlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarları qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, 31 dekabr, 1, 2, 3, 4 yanvar tarixlərində hərəkətdə olacaq qatarların siyahısı ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz: https://ticket.ady.az.

Xatırladaq ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Gələn il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Beləliklə, 31 dekabr 2021-ci il, 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri qeyri-iş günü olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR