Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyanın dağ-mədən və metallurgiya yükləri daşınacaq

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyanın dağ-mədən və metallurgiya yükləri daşınacaq
# 04 oktyabr 2019 09:38 (UTC +04:00)

Azərbaycan ərazisindən keçən dəmir yolu marşrutu nəqliyyat növünün dəyişmədən Bakı-Tbilsi-Qars dəmir yolu vasitəsi ilə daha tez və əlverişli şərtlərlə yüklərin ünvana çatdırılmasına imkan yaradır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bu fikir “ADY Express” MMC-nin (QSC-nin törəmə müəssisəsi) nümayəndə heyətinin Moskvada keçirilən “Dağ-mədən və metallurgiya yüklərinin dəmir yolu ilə daşınması” adlı 10-cu beynəlxalq konfransı zamanı səsləndirib.

Məlumata əsasən, “Azərbaycan Dəmir Yolları”nın Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihələrinin imkanlarını konfrans iştirakçılarının diqqətinə çatdıran şirkət nümayəndələri Türkiyə və digər ölkələrə bu növ yüklərin daşınmasında Azərbaycan ərazisindən keçən tranzit marşrutlarının üstünlüklərini nümayiş etdiriblər. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanları ənənəvi marşrutlardan daha əlverişlidir.

Konfrans çərçivəsində Rusiyanın iri istehsalçıları ilə ikitərəfli görüşlər keçirən “ADY Express”in nümayəndələri artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə dağ-mədən və metallurgiya yüklərinin daşınmasına dair sifarişlər alıblar. Yaxın zamanlarda həmin yüklərin nəqlinə başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR