Qazaxıstanın Kurık və Azərbaycanın Ələt limanlarını birləşdirən bərə keçidi, həmçinin, Bakı və Aktau limanları arasında fider əlaqəsi daha da inkişaf etdiriləcək. “APA-Economics” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu “ Qazaxıstan Dəmir Yolları” SC-nin logistika üzrə idarəedici direktoru Yerlan Koyşibayev deyib.
Onu da bildirib ki, bu il fıder gəmilərin sayı ikidən altıya çatdırılacaq, onlar üçün Xəzər dənizində yeni limanlar açılır. Yeni fider xətti “Aktau Dəniz Şimal Terminalı” ilə Azərbaycanın “Hövsan Beynəlxalq Dəniz Limanı”nı birləşdirəcək.
Həmçinin, Aktau limanında dövlət-özəl tərəfdaşlığı cəlb etməklə, konteynerlərin yığılması və çeşidlənməsi üzrə ciddi imkanlara malik konteyner qovşağının sürətlə tikintisi barədə məlumat verilib. Bu məqsədlə 19 hektar torpaq sahəsi ayrılıb.
Bakı və Aktau limanları arasında fider əlaqəsi inkişaf etdiriləcək
21 aprel 2022 12:56 (UTC +04:00)
İnfrastruktur
AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
15:24
19 aprel 2024
Dövlət Xidmətinin hazırladığı “Cyber Poligon” layihəsi NATO tərəfindən təsdiqlənib
15:20
19 aprel 2024
ETX məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib
15:16
19 aprel 2024
Regionun lideri: Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülüb
14:15
19 aprel 2024