BNA: Bakının bütün səkilərində görmə məhdudiyyətli insanlar üçün taktil plitələr qurulacaq

BNA: Bakının bütün səkilərində görmə məhdudiyyətli insanlar üçün taktil plitələr qurulacaq
  • Clock-gray 15:38
  • calendar-gray 10 Oktyabr 2019

Bakının bütün küçələrindəki səkilərdə görmə imkanı məhdud olan insanların rahat hərəkətinin təmin edilməsi üçün xüsusi taktil plitələr qurulacaq.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. 

Onun sözlərində görə, gözdən əlil, görmə imkanı məhdud insanların rahat hərəkətini təmin etmək üçün artıq tədbirlər görülür.

“Hazırda paytaxtın Puşkin küçəsində olan səkilərdə taktil plitələr düzülür. Bu, şəhərin əlçatanlığı baxımından vacib bir məsələdir və Agentlik tərəfindən şəhərin bütün ərazilərində bu cür taktil plitələr düzüləcək ki, görmə imkanı məhdud olan insanlar şəhər yollarında rahat hərəkət edə bilsin”, - deyə M. Ağayev qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date