Bakıda məişət tullantılarının idarə edilməsi üzrə daha dörd monitorinq mərkəzi yaradılacaq

Bakıda məişət tullantılarının idarə edilməsi üzrə daha dörd monitorinq mərkəzi yaradılacaq
# 02 oktyabr 2019 15:41 (UTC +04:00)

Bakının daha dörd rayonunda bərk məişət tullantılarının idarə edilməsi üzrə monitorinq mərkəzləri yaradılacaq.

Bunu "APA-Economics"ə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, hazırda belə mərkəz pilot olaraq Nərimanov rayonunda yaradılıb və bu mərkəzdə məişət tullantıları ayrıca yığılaraq Balaxanıda yerləşən bərk məişət tullantılarının çeşidlənməsi zavodunda göndərilir: "Gələcəkdə belə monitorinq mərkəzlərinin paytaxtın Səbail, Nizami, Yasamal və Nəsimi rayonlarında yaradılması nəzərdə tutulur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR