Bakıda "IDC Rəqəmsal Transformasiya Roadshow 2019" tədbiri keçiriləcək

Bakıda "IDC Rəqəmsal Transformasiya Roadshow 2019" tədbiri keçiriləcək
# 09 sentyabr 2019 11:23 (UTC +04:00)

17 sentyabr 2019-cu il tarixində Bakıda "IDC Rəqəmsal Transformasiya Roadshow 2019" tədbiri keçiriləcək. Tədbirin təşkilatçısı qismində məlumat və konsaltinq xidmətləri üzrə aparıcı provayder, informasiya texnologiyaları, telekommunikasiya və istehlak avadanlıqları bazarlarında fəaliyyət göstərən IDC (International Data Corporation) çıxış edir.

IDC-dən “APA-Economics”ə verilən məlumata görə, rəqəmsal transformasiya, yəni, informasiya texnologiyalarının tətbiqi və istifadəsi, biznes və dövlət qurumlarının səmərəliliyinin artırılması bu gün dünyada ən çox müzakirə olunan mövzulardandır. Bulud, hərəkətlilik, yeni nəsil təhlükəsizlik, IoT, süni intellekt, “blockchain” kimi texnoloji irəliləyişlər iş və müştərilər, hökumət və vətəndaşlar arasında bütün səviyyələrin əlaqələrini dəyişdirməyə kömək edir.

“IDC Rəqəmsal Transformasiya Roadshow 2019” illik konfransı (əvvəllər “IDC DX Day Roadshow” adlanırdı)çərçivəsində IDC-nin mütəxəssisləri, İT bazarın qabaqcıl oyunçuları başa çatdırdıqları uğurlu rəqəmsal layihələri təqdim edir və təcrübələrini bölüşürlər.

Tədbirdə IDC informasiya-kommunikasiya texnologiyaları sahəsində qərar qəbul edən şəxsləri yeni ideyalarla tanış edəcək, iştirakçılara fikir mübadiləsi üçün rahat bir platforma yaradacaq və onlara gələcəkdə öz rəqəmsal strategiyalarını yaratmaqda prioritetləri müəyyənləşdirməyə kömək edəcək.

Qeyd edək ki, APA sözügedən tədbirin media tərəfdaşı qismində çıxış edir.

Ətraflı məlumatı əldə etmək və təşkilatçılarla əlaqə yaratmaq üçün bu linkdən istifadə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR