Bakıda iki böyük prospektlə kəsişən küçə təmir olunur - FOTO - VİDEO

Bakıda iki böyük prospektlə kəsişən küçə təmir olunur - FOTO  - VİDEO
# 10 may 2022 16:45 (UTC +04:00)

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Müzəffər Nərimanov küçəsinin əsaslı təmir işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 1830 metr təşkil edən sözügüdən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Ortalama eni 12 metr təşkil edən Müzəffər Nərimanov küçəsində hazırda yararsız səki və bordür daşlarının yenilənməsi işləri aparılır.

Layihə ardıcıllığına uyğun olaraq daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi, mövcud yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi nəzərdə tutulub.

Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

İşlərin yekunlaşmasına uyğun olaraq Nərimanov rayonunda 2022-ci ilin “İnvestisiya Proqramı” çərçivəsində Fətəli xan Xoyski prospektinin, həmçinin Əliəşrəf Əlizadə, Ülvi Bünyadzadə, Məsud Əlizadə, Əbdüləzəl Dəmirçizadə, Tələt Şıxəliyev küçələrinin də əsaslı şəkildə təmir olunması nəzərdə tutulub.

Qeyd edək ki, 2021-ci ildə Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.

© APA | Paytaxtın iki böyük prospektini əlaqələndirən küçənin əsaslı təmirinə başlanılıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR