Bakıda internet xidmətinin göstərilməsində fasilələr yaranacaq

Bakıda internet xidmətinin göstərilməsində fasilələr yaranacaq
# 21 noyabr 2019 15:56 (UTC +04:00)

Noyabrın 21-də axşam saatlarında "Bakı Telefon Rabitəsi" MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçiriləcək.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR