Bakıda satılan ən bahalı mənzillər məlum olub - SİYAHI

Bakıda satılan ən bahalı mənzillər məlum olub - SİYAHI
# 09 iyun 2022 10:24 (UTC +04:00)

Bakıda satılan ən bahalı mənzillər məlum olub. “APA-Economics”in əmlak elanları əsasında apardığı araşdırmaya görə, hazırda Bakıda satılan ən lüks mənzillər "Port Baku Residence”, “Şəhər Bağları” və “BAYIL BAY”, Clock Tower, Azure Residence və “Life History” premium yaşayış kompleksində yerləşir.

Sahəsi 540-1600 m²-lik 4-15 otaqlı ən bahalı 10 mənzilin bazar dəyəri 2,4-5 milyon manat arasında dəyişir. Mənzillərin satışı ipoteka şərtləri ilə də mümkündür.

Bakıda satılan ən bahalı mənzil isə "Port Baku Residence”də yerləşən 1050 m²-lik 8 otaqlı “penthaus”dur. Qiyməti 5 milyon manatdır.

Qeyd edək ki, dəniz mənzərəli mənzilin böyük terrası və 3 maşınlıq yeraltı dayanacağı da var.

Digər mənzillər üzrə göstəricilər aşağıdakı kimidir:

Yerləşdiyi məkan

Sahə

Otaq sayı

Qiymət

(AZN-lə)

"Port Baku Residence”

1050 m²

8

5 000 000

“Şəhər Bağları” yaşayış kompleksi

784 m²

8

4 665000

“BAYIL BAY”

670 m²

8

3 910 000

“Şəhər Bağları” yaşayış kompleksi

285 m²

4

3 555 000

"Port Baku Residence"

1050 m²

8

3 500 000

“Port Baki Residence”


950 m²

8

3 450 000

CLOCK TOWER

880 m²

8

3 200 000

Life History premium kompleksi

543 m²

6

2 769 000

“Azercell”in binası


1600 m²

15

2 720 000

Azure Residence

1200 m²

10

2 400 000

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR