Bakıdan Batumiyə uçan təyyarə eniş edə bilməyərək geri qayıdıb

Bakıdan Batumiyə uçan təyyarə eniş edə bilməyərək geri qayıdıb
# 12 iyul 2019 11:24 (UTC +04:00)

Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

"APA-Economics"in "Buta Airways"a istinadən verdiyi məlumata görə, reys Bakı vaxtı ilə saat 10:12-də Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR