Bakıdan Mumbaya birbaşa uçuşlar başlayır

Bakıdan Mumbaya birbaşa uçuşlar başlayır
# 05 oktyabr 2022 09:23 (UTC +04:00)

AZAL noyabr ayından etibarən Bakı-Mumbay arasından birbaşa uçuşlara başlayacaq.

"APA-Economics" xarici mətbuata istinadən xəbər verir ki, uçuşlar həftədə iki dəfə olmaqla həyata keçiriləcək. Məlumata görə, bu da sərnişinlərin Bakıdan Mumbaya və əks istiqamətə beş saata çatmasına imkan verəcək. Artıq Mumbaydan uçuşlar üçün aviabiletlərin satışına başlanılıb və tələbatın yüksək olacağı gözlənilir: "Dekabrın ortalarında səyahət üçün Mumbay-Bakı reyslərində ekonom sinif yerləri hazırda aviaşirkətin saytında satılıb. Gediş-gəliş üçün biznes sinif oturacaqlarının qiyməti təxminən 1770 ABŞ dolları təşkil edir" - deyə, bildirilib.

Qeyd edək ki, avqust ayından etibarən Bakı və Dehli arasında həftədə iki dəfə olmaqla uçuşlara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR