Bakının bir neçə qəsəbəsində su məhdudiyyətlərlə veriləcək

Bakının bir neçə qəsəbəsində su məhdudiyyətlərlə veriləcək
# 12 yanvar 2022 09:42 (UTC +04:00)

Bu gün Bakının bir neçə qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, magistral su xəttində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar 12 yanvar 2022-ci il tarixində gün ərzində Novxanı, Goradil, Kürdəxanı, Mehdiabad və Pirşağı qəsəbələrinin bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR