Bu ilin sonunadək Bakının bir sıra köhnə binalarında 542 lift quraşdırılacaq

Bu ilin sonunadək Bakının bir sıra köhnə binalarında 542 lift quraşdırılacaq
  • Clock-gray 12:23
  • calendar-gray 02 Oktyabr 2019

Bu ilin sonunadək Bakının bir sıra köhnə binalarında Almaniya istehsalı olan 542 lift quraşdırılacaq. Bunu “APA-Economics”ə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, yeniləmə işləri pilot olaraq paytaxtın Nizami, Qaradağ və Xətai rayonlarında yerləşən binalarda aparılır.

“Hazırda quraşdırılan liftlər Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən yoxlanılaraq qəbul edilir. İstismara yararsız olan liftlər sıradan çıxarılaraq yeniləri ilə əvəzlənir. Eyni zamanda istismar vaxtı bitməyən liftlərdə təmir işləri aparılır. Bu işlər əlavə olaraq növbəti il ərzində də davam etdiriləcək”, - deyə İ. Kərimov qeyd edib. 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date