Bakının rabitə operatoru yeni e-xidməti istifadəyə verib

Bakının rabitə operatoru yeni e-xidməti istifadəyə verib
# 18 oktyabr 2021 12:40 (UTC +04:00)

“Baktelecom” MMC Bakı və ətraf ərazilərdə fiberoptik internetə qoşulmaq və yaxud ADSL internetin sürətini dəyişmək istəyənlər üçün yeni onlayn xidmət istifadəyə verib.

MMC-dən “APA-Economics”ə verilən məlumata görə, bu xidmətdən istifadə etməklə yeni müştərilər fiber optik (GPON) sifariş edə, ADSL müştəriləri endirilmiş qiymətlərə uyğun sürəti dəyişə bilərlər.

Bununla yanaşı ADSL müştəriləri “yeni xidmətə qoşul” bölməsindən GPON xidməti sifariş edə, GPON istifadəçiləri isə İnternet+Telefoniya xidmətini də əldə edə bilərlər. Yeni elektron xidmətdən “Baktelecom”un rəsmi səhifəsinə daxil olaraq yararlanmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR