2 aprel saat 08:00-dan saat 22:00–dək Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolunda dəmir yolu xətti üzərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etmələri xahiş olunur.