"Baktelecom" internet istifadəçilərinə müraciət edib

"Baktelecom" internet istifadəçilərinə müraciət edib
  • Clock-gray 16:33
  • calendar-gray 11 Oktyabr 2019

Son günlər “Baktelecom” şirkəti adından internet istifadəçilərinə “phishing” (fişinq) mesajlar daxil olur.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, kiberdələduzluğun növlərindən biri olan fişinq hücumlar vasitəsi ilə istifadəçilərin şəxsi məlumatları (İD nömrə, e-mail ünvan, bank şifrəsi, lokasiya və s.) aldatma yolu ilə əldə edilir.

Şübhəli mətn və ya məktublar aldıqda onu göndərən tərəfin e-mail ünvanının saxta olub olmamasını yoxlamaq vacibdir. İlk baxışdan əsli ilə oxşar olan, əslində saxta internet resursunun URL, yəni link hissəsində saytın adının düzgün yazılışından (məsələn baktelecom.az) əmin olmaq lazımdır.

Şirkətdən bildirilib ki, “Baktelecom” tərəfindən istifadəçilərin şəxsi məlumatlarını, xüsusilə bank şifrələrini tələb edən mesajlar göndərilmir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date