Baktelecom Suraxanı və Sabunçuda GPON texnologiyası tətbiq etməyə başlayıb

Baktelecom Suraxanı və Sabunçuda GPON texnologiyası tətbiq etməyə başlayıb
# 09 dekabr 2022 18:21 (UTC +04:00)

“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində 14 iyul, 3-cü köndələn, 4-cü köndələn və “Zeytun sovxozu” küçələrində, Sabunçu rayonunun Ramana qəsəbəsinin Şuşa köçkün şəhərciyi, Hövsan qəsəbəsinin “Quşçuluq sovxozu” və “Zeytunluq sovxozu” yaşayış massivləri üzrə sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib.

APA-Economics” xəbər verir ki, qurumun yaydığı məlumata istinadən xəbər verir ki, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində 1025 ev təsərrüfatı yüksək sürətli internetlə (60%) əhatə edilib.

Bundan əlavə, Sabunçu rayonunun Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində 8896 abunəlik şəbəkə tikilib. Hazırda 2105 abunəçi internet xidmətindən istifadə edir. Ərazinin 75%-lik hissəsində GPON texnologiyası əsasında kabelləşmə işləri aparılıb.

Suraxanı və Sabunçu rayonlarında aparılan tikinti işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Yeni fiber-optik GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri və digər xidmətlər təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:

– internet

– internet+telefoniya

– internet+televiziya

– internet+telefoniya+televiziya paketi (3-ü birində)

Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 56 AZN-dək dəyişir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR