Baş nazirin müavini: "Azərbaycan əhəmiyyətli nəqliyyat və logistika mərkəzinə çevrilir"

Baş nazirin müavini: "Azərbaycan əhəmiyyətli nəqliyyat və logistika mərkəzinə çevrilir"
# 09 sentyabr 2022 11:24 (UTC +04:00)

"Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əhəmiyyətli nəqliyyat və logistika mərkəzinə çevrilir.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Bakıda keçirilən "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərinə dair Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu ilin 8 ayında dəhlizlər üzrə tranzit yükdaşımaları 47% artıb.

"Şimal-Cənub" dəhlizinin əhəmiyyətini qeyd edən Şahin Mustafayev, onun inkişafı üçün böyük imkanların mövcud olduğunu qeyd edib.

Şahin Mustafayev onu da əlavə edib ki, daşıma həcmlərinin artması ilə bağlı hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci mərhələsinin layihələndirmə işləri aparılır. İkinci mərhələ həyata keçirildikdən sonra, limanın yükaşırma imkanları 25 mln. tona çatdırılacaq.

Baş nazirin müavininin sözlərinə görə, Azərbaycan beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı, nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işləri davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR