Baş Nazirin müavini: "Özbəkistanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsi son üç ildə 30% artıb"

Baş Nazirin müavini: "Özbəkistanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsi son üç ildə 30% artıb"
# 22 oktyabr 2019 11:46 (UTC +04:00)

“Orta koridor” Özbəkistan iqtisadiyyatının ixrac imkanlarının artırılması və möhkəmləndirilməsi baxımından böyük önəm daşıyır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Özbəkistanın Baş Nazirinin müavini Elyar Qəniyev Tbilisidə keçirilən Tbilisi İpək Yolu Forumunun açılış panelindəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Özbəkistanın koridor üzərində yerləşən Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsi son üç il ərzində 30%-dək artıb.

“Orta koridor” köhnə İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi əlaqələri canlandırır. Özbəkistanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsi son üç ildə 30% artıb. Amma bu, son deyil. Birgə layihələrin və birgə təşəbbüslərin sayı artırılır və Özbəkistanın iqtisadi layihələrinin əsas istiqaməti nəqliyyat sektoru və daşımalarla bağlıdır. Etibarlı nəqliyyat dəhlizinin yaradılması bizim üçün böyük önəm kəsb edir. Özbəkistan quru ölkəsidir və bizim qonşularımızın da böyük dənizlərə çıxışının olmaması bizi ikiqat quru ölkəsi edir. Amma bizim aktiv sərmayə siyasətimiz var və iqtisadiyyatımız illik 6% böyüyür. Bu səbəbdən də iqtisadiyyatımızın ixrac sahəsinin inkişafı səmərəli nəqliyyat dəhlizlərinin mövcudluğunu tələb edir”, - deyə Baş Nazirin müavini qeyd edib.

E. Qəniyev Özbəkistanın Cənubi Qafqaz ölkələrinin tranzit imkanlarından istifadə etməkdə maraqlı olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR