Baş Nazirin müavini: Xəzəryanı ölkələrin dəniz limanlarının inkişafı BTQ-nin önəmini artırır

Baş Nazirin müavini: Xəzəryanı ölkələrin dəniz limanlarının inkişafı BTQ-nin önəmini artırır
# 22 oktyabr 2019 12:37 (UTC +04:00)

Azərbaycanın Ələt limanı “Orta koridorun” nəqliyyat potensialından maksimum istifadə etməyə imkan yaradır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Özbəkistan Baş Nazirinin müavini Elyar Qəniyev Tbilisidə keçirilən Tbilisi İpək Yolu Forumunun açılış panelində moderatorun ünvanladığı “Azərbaycan, Türkiyə və Gürcüstanın dəniz limanları regionlar arası nəqliyyatın inkişafında necə rol oynayır və daha hansı formada tərəfdaşlığa ehtiyac var?” sualına cavab verərkən deyib.

Onun sözlərinə görə Xəzəryanı ölkələrin liman infrastrukturunun inkişafı Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin önəmini də əhəmiyyətli dərəcədə artırır.

“Böyük dənizlərə çıxış üçün bizə ən yaxın liman Poti limanıdır. Həmçinin, bizim yaxın tərəfdaşlarımız və qonşularımız olan Azərbaycan, Türkmənistan, Türkiyə və bütün region ölkələrinin limanlarından istifadə etməkdə maraqlıyıq. Bu, bizə səmərəli nəqliyyat dəhlizi imkanını yaradır. Bu baxımdan BTQ böyük önəmə sahibdir və o, Türkiyə və Avropa dəmir yolu şəbəkəsinə çıxış baxımından böyük imkanlara sahibdir”, - deyə nazir müavini bildirib.

E. Qəniyev qeyd edib ki, region ölkələri öz nəqliyyat və enerji infrastrukturlarını son illərdə əhəmiyyətli şəkildə inkişaf etdiriblər: “Azərbaycanın Ələt, Gürcüstanın Poti, Qazaxıstanın Kureki limanları sürətlə inkişaf edir. Bu, bizə koridorun tranzit imkanlarından maksimum istifadə etməyə şərait yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR