Bayram günlərində avtobuslarla 27 minədək sərnişin daşınıb

Bayram günlərində avtobuslarla 27 minədək sərnişin daşınıb
# 06 yanvar 2022 10:48 (UTC +04:00)

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı beş qeyri-iş günü zamanı Azərbaycanda bütün istiqamətlər üzrə avtobuslarla 26,7 min sərnişin daşınıb.

Bu barədə "APA-Economics"ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva bildirib.

Onun sözlərinə görə, qeyd olunan dövrdə sərnişinlərin daşınmasını təmin etmək üçün 1 070 reys həyata keçirilir.

Xatırladaq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) də daxil olmaqla, respublikanın 56 avtovağzal və avtostansiya kompleksi bayramlarla əlaqədar dekabrın 28-dən gücləndirilmiş iş rejiminə keçmişdi.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına uyğun olaraq, may ayının 31-dən etibarən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa olunsa da, sərnişinlərə avtobuslarla məhdud sayda xidmət göstərilib.

Bayram günlərində respublika üzrə həyata keçirilən reyslərin və daşınmış sərnişinlərin sayı:

Tarix

Reyslərin sayı

Sərnişinlərin sayı

31.12.2021

190

3 800

01.01.2022

190

3 800

02.01.2022

190

4 500

03.01.2022

210

5 600

04.01.2022

290

9 000

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR